Bütün xəbərlər
Ərdoğanın həyat yoldaşının kitabı çap olunacaq
Tarix: 20-09-2020 00:26 | Bölmə: Digər

     Ərdoğanın həyat yoldaşının kitabı çap olunacaq


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğanın kitabı çap olunacaq.
Publika.az xəbər verir ki, Ə.Ərdoğan türk mətbəxinin zənginliyini beynəlxalq məcralarda tanıtmaq üçün qastronomiya mövzulu kitab hazırladığını açıqlayıb.
“Əsrlik reseptlərlə türk mətbəxi” adlı kitabın 2021-ci ilin ilk günlərində oxuculara təqdim edilməsi planlaşdırılır.
Ə.Ərdoğan tvitter hesabından verdiyi açıqlamada öz sahələrində mütəxəssis akademiklər və şeflərlə kitab üçün görüşdüklərini bildirib: “Töhfələri üçün onlara təşəkkür edirəm. Sağlam, ənənəvi və israf olmayan reseptlərlə mədəniyyət kodlarımızı da özündə ehtiva edəcək bu əsər əvvəlcə türk və ingiliscə, daha sonra müxtəlif dillərdə yayımlanacaq”.



Baxış sayı: 330


Bölməyə aid digər xəbərlər