22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
5-ci sinifdən yuxarı şagirdlər üçün də qaydalar açıqlandı
Tarix: 27-08-2020 17:30 | Bölmə: Digər

                    5-ci sinifdən yuxarı şagirdlər üçün də qaydalar açıqlandı


"Beşinci sinifdən 11-ci sinfə kimi şagirdlərin dərslərinin onlayn keçirilməsi təklif olunur".
"Qafqazinfo"nun verdiyi xəbərə görə, bunu Təhsil naziri Emin Əmrullayev deyib. O bildirib ki, sentyabrın 15-dən 5-ci sinifdən 11-ci sinfə kimi şagirdlərin dərslərinin onlayn keçirilməsi təklif olunur: "Oktyabrın 1-dən 5-dən 9-dək siniflərin şagirdlərinin həftədə 2 və ya 3 dəfə əyani dərslərə gəlməsi planlaşdırılır. Oktyabrın 15-dən isə 10 və 11-ci siniflərin əyani tədrisə başlaması nəzərdə tutulur".
Nazir əlavə edib ki, 10 və 11-ci siniflərin də dərslərə həftədə 2 və ya 3 dəfə gəlməsi təklif olunur.


Baxış sayı: 591


Bölməyə aid digər xəbərlər