Bazar günü, 1 iyun 2025, 13:15:18  
Son xəbərlər:
15:52 / 31-05-2025
İqor Muravyov vəfat edib
Bütün xəbərlər
Ancelina Coli ABŞ-dan bu ölkəyə köçmək istəyir
Tarix: 18-08-2020 00:42 | Bölmə: Digər

                     Ancelina Coli ABŞ-dan bu ölkəyə köçmək istəyir

Hollivud aktrisası Ancelina Coli ABŞ-dan Böyük Britaniyaya köçməyə hazırlaşır. “Qafqazinfo” bildirir ki, bu barədə “Mirror” nəşri xəbər verib.
Nəşrin məlumatına görə, o, Londonun cənubi-qərbində yerləşən Riçmond şəhərində daşınmaz əmlak axtarır. Burada o, 2011-ci ildə keçmiş həyat yoldaşı Bred Pittlə Böyük Britaniyadakı çəkilişləri zamanı yaşayıb.
"O, Riçmondun mədəniyyət və təhsil baxımından uşaqlar üçün mükəmməl bir yer olduğunu hesab edir", - deyə insayder şərh edib.
Xatırladaq ki, A.Coli ötən ilin noyabrında “Harper's Bazaar”a müsahibəsində ABŞ-dan köçmək istədiyini etiraf etmiş, lakin bunun övladlarının 18 yaşına çatmaması səbəbindən mümkün olmadığını bildirmişdi: “İndi isə uşaqların atası (Bred Pitt – red.) hansı ölkədədirsə, mən də orada olmaq məcburiyyətindəyəm”. 



Baxış sayı: 549


Bölməyə aid digər xəbərlər