22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
UFC təxribata əl atan ermənini cəzalandırdı
Tarix: 07-08-2020 15:20 | Bölmə: Digər

                     UFC təxribata əl atan ermənini cəzalandırdı

UFC-də keçirdiyi son döyüşə qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağı ilə çıxan erməni idmançı Edmen Şahbazyan cəzalandırılıb.
“Qafqazinfo” xəbər verir ki, təşkilatçılar ABŞ-ı təmsil edən 22 yaşlı idmançıya cəza verib. Bundan əlavə, qurumun prezidenti Dana Uayt qondarma bayrağın rinqə keçirilməsinə icazə verən 20 illik işçini UFC-dən qovub.
“Reebok” şirkəti isə təxribatçı erməni ilə əməkdaşlığı dərhal dayandırıb. Erməni idmançı və onun məşqçiləri UFC-dən üzr istəyib, səhv etdiklərini deyiblər.
Məsələ ilə bağlı Azərbaycanın Xarici İşlər Nazirliyi UFC rəhbərliyinə müraciət ünvanlamışdı.
Las-Veqasda Derek Brunson ilə qarşılaşan Edmen Şahbazyan rəqibinə uduzub, xəstəxanalıq olmuşdu.



Baxış sayı: 560


Bölməyə aid digər xəbərlər