Bütün xəbərlər
Nəriman ona qalib gəlib çempion oldu
Tarix: 04-06-2020 10:01 | Bölmə: Digər

                     Nəriman ona qalib gəlib çempion oldu


Rusiyanın “Fight Nights Global” MMA turnirinin yüngül çəkidə çempionu Nəriman Abbasov çeçen idmançı Yusuf Raisova qalib gələrək çempion olub.
“Qafqazinfo” xəbər verir ki, Rusiyanın “Vestnik MMA” “Instagram” səhifəsində baş tutan onlayn yarışın finalında iki idmançı arasında səsvermə keçirilib.
24 saat ərzində “Instagram”ın hekayə bölməsində gerçəkləşən səsvermənin qalibi Nəriman olub.
Xatırladaq ki, "Qəbələ" İdman Klubunun üzvü olan N.Abbasov daha əvvəl erməni idmançı Eduard Vartanyana onlayn səsvermədə qalib gələrək finala yüksəlmişdi




Baxış sayı: 376


Bölməyə aid digər xəbərlər