Bütün xəbərlər
Ayı Şəkinin mərkəzi küçələrindən aparıldı
Tarix: 31-05-2020 13:19 | Bölmə: Digər

                Ayı Şəkinin mərkəzi küçələrindən aparıldı


Şəkidə şəhər mərkəzinə girən ayı ərazidən götürülüb. 
“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu gün səhər saatlarından etibarən bir neçə saat rayon mərkəzində dolaşan ayıya iynə vuraraq keyləşdiriblər. Sonra isə yük maşınına qoyaraq yaşayış sahəsindən çıxarıblar.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki, Bakıdan ezam olunan mütəxəssis heyəti Fövqəladə Hallar Nazirliyinin helikopteri ilə tez bir zamanda hadisə yerinə çatdırılıb. Mütəxəssislər tərəfindən ayının yatızdırılması üçün iynə vurulub. Bundan sonra vəhşi heyvanın Altıağac milli parkının nəzdindəki Vəhşi Təbiətin Reabilitasiyası Mərkəzinə göndərilməsi həyata keçiriləcək.
Qeyd edək ki, ayı orada baytar həkim tərəfindən müayinə olunacaq və mərkəzdə reabilitasiya keçdikdən sonra vəhşi təbiətə buraxılacaq.


Baxış sayı: 535


Bölməyə aid digər xəbərlər