Bütün xəbərlər
Yeni Azərbaycan Partiyasının könüllüləri Pirallahı rayonunda yaşayan aztəminatlı, tənha, köməyə ehtiyacı olan yaşlı, ahıl insanların yaşadığı 10 ailəyə baş çəkərək yardım paylarını təqdim ediblər
Tarix: 15-04-2020 20:17 | Bölmə: Digər
Dünyanı bürüyən koronavirus (COVİD-19) epidemiyasına yoluxma riskinin azaldılması və xalqımızın sağlamlığı naminə ölkə Prezidenti cənab İlham Əliyevin çağırışına qoşulan ilk təşkilatlardan biri olan Yeni Azərbaycan Partiyası aztəminatlı ailələrə yardım və dəstəyini davam etdirir. YAP üzvü olan gənclərdən ibarət könüllülər bu ailələrə dezinfeksiyaedici məhlullar, tibbi maska və əlcəklər paylamaqla yanaşı sosial xidmətlər göstərmişlər.
14 aprel tarixində Yeni Azərbaycan Partiyasının könüllüləri Pirallahı rayonunda yaşayan aztəminatlı, tənha, köməyə ehtiyacı olan yaşlı, ahıl insanların yaşadığı 10 ailəyə baş çəkərək yardım paylarını təqdim etmiş, həmçinin, onların koronavirusdan qorunması məqsədilə maarifləndirici söhbətlər aparmışlar.
Sabaha-inamla.Az










Baxış sayı: 485


Bölməyə aid digər xəbərlər