09:22 / 26-10-2026
Ərəb Koalisiyası husi anbarlarına və buraxılış qurğularına zərbə endirdiyini bildirib
09:19 / 26-10-2026
Ukrayna Rusiya ilə razılığa gəlmək üçün bir şərt müəyyən edib
09:16 / 26-10-2026
Orban BMT Baş Katibi vəzifəsinə namizəd olmağa çağırılır
09:13 / 26-10-2026
Yük qatarının relsdən çıxmasından sonra baş verən yanğın söndürülüb
09:11 / 26-10-2026
Keçmiş futbolçu kremasiya edildi
18:36 / 25-10-2026
FİFA U-15-in mərkəzində yeniyetmələrin inkişafı və futbolun gələcəyi dayanır-Könül Nurullayeva
18:28 / 25-10-2026
Vuçiç: "Seçkilərdən sonra Rusiya ilə daha güclü əməkdaşlıq gözləyir"
18:21 / 25-10-2026
Filipponun partiyası Makronun dərhal istefası üçün petisiya təqdim edib
18:15 / 25-10-2026
ABŞ İranı amerikalıları sui-qəsd etmək üçün bölmə yaratmaqda şübhəli bilir
18:12 / 25-10-2026
Keçmiş Ukrayna prokuroru Kravçenkonun bəyannaməsində 25.000 dollarlıq elektrik stansiyası tapıldı
18:07 / 25-10-2026
Putin Avropadakı miqrasiya böhranına işarə etdi
18:04 / 25-10-2026
İran sanksiya işində ilk dəfə ABŞ əmlakının müsadirəsini təmin etdi
18:00 / 25-10-2026
Ukrayna pilotsuz təyyarəsinin hücumu səkkiz məktəb avtobusuna zərər vurub
17:57 / 25-10-2026
2030-cu il Dünya Ağırlıqqaldırma Çempionatı Rusiyada keçiriləcək
17:52 / 25-10-2026
LDPR ABŞ-ı Kiyev rejiminə bütün hərbi yardımları dayandırmağa çağırdı
17:49 / 25-10-2026
Serbiya Tərəqqi Partiyası Vuçiçin anasına hücum edildiyini bildirdi
17:44 / 25-10-2026
Guf Voronejdəki konsertdən bir fanatın qovulmasını tələb etdi
17:42 / 25-10-2026
Floridada baş verən atışmada on bir nəfər yaralanıb
17:39 / 25-10-2026
Fransadakı iğtişaşlarda saxlanılanların sayı açıqlanıb
17:36 / 25-10-2026
Nyu-York Katolik Arxiyepiskopluğu 800 milyon dollardan çox zorakılıq iddiası ilə bağlı ödəniş edəcək
17:31 / 25-10-2026
Yüzlərlə insan Almaniya hava limanlarında deportasiyalara qarşı etiraz etdi
10:25 / 25-10-2026
Peskov bildirib ki, Trampın Moskvaya səfəri hazırda müzakirə mövzusu deyil
10:23 / 25-10-2026
Britaniyaya müharibəyə hazırlaşmaq üçün 1000 gün vaxt verildi
10:19 / 25-10-2026
Rusiya səfiri NATO-nun Yeni Zelandiyaya olan marağını izah etdi
10:15 / 25-10-2026
Moldova Ukrayna ilə hərbi-texniki əməkdaşlıq müqaviləsi imzalayacaq
10:13 / 25-10-2026
Fransada sosial media xidmətləri etirazlar səbəbindən dayandırıla bilər
09:55 / 25-10-2026
BƏƏ-də OBS Qlobal ikinci günü
09:57 / 24-10-2026
Könül Nurullayeva vətəndaşlarla görüş keçirib
23:36 / 22-10-2026
Parçalanmış coğrafiyadan milli suverenliyə
23:27 / 22-10-2026
Qaz balonu partladıqdan sonra avtomobil alovlanıb
23:25 / 22-10-2026
Dəmir yolu işçisi şəhərətrafı qatar yanğınına görə mühakimə olunacaq
23:22 / 22-10-2026
Putin Rusiyada teatrın canlı olduğunu bəyan etdi
23:18 / 22-10-2026
Dmitriyev bildirib ki, Rusiya, Almaniya və ABŞ Avropanı yenidən möhtəşəm edə bilər
23:15 / 22-10-2026
Tramp İranı neft qiymətlərini qaldırmaqda günahlandırır
23:12 / 22-10-2026
Trampın Maskla danışığından sonra Ukraynada Starlink xidməti yaxşılaşıb
23:08 / 22-10-2026
Putin Ukraynada yarım milyondan çox fərari olduğunu bildirdi
22:59 / 22-10-2026
Britaniyada Pokémon kart kolleksiyası 1,5 milyon funt sterlinqə satıldı
16:48 / 22-10-2026
Paşinyan Ermənistanın AİB-dən çıxarıla bilməyəcəyini bildirdi
Aprel döyüşlərinin iştirakçısı xanımının üzüyünü güllə gilizindən düzəldibmiş - Foto
Tarix: 03-04-2020 17:23 | Bölmə: Digər
“Mənim iştirakçısı olduğum Aprel döyüşləri zamanı çəkilən bir şəklim yoxdur. Amma əvəzində o xatirələri hər zaman xatırladacaq bir şeyə sahibəm. Sevdiyim qadının barmağına taxdığım üzük 2016-cı il aprelində Tərtər istiqamətində düşmən ordusuna vurduğumuz güllənin (NsVP) gilizidir. Min əzabla kəsərək hamarlayıb parıldatmaq üçün bronejiletə və bütün parça səthlərə günlərlə sürtmüşəm.Ömrümüzün 4 günü, ruhumuzun orda qalan bir parçasıdır”.
Bu xatirəni Aprel döyüşlərinin iştirakçısı, kəşfiyyat manqa komandiri, kiçik çavuş Araz Əliyev sosial şəbəkədə paylaşıb.
“Qafqazinfo” da Dördgünlük müharibənin dördüncü ildönümündə Arazla söhbətləşərək həmin xatirələrini canlandırıb.
1994-cü il təvəllüdlü Araz Əliyev BDU-nun Beynəlxalq Münasibətlər fakültəsini bitirdikdən sonra hərbi xidmətə çağırılıb. O, 2016-cı ilin 1-5 aprel tarixlərində Tap Qaraqoyunlu kəndi, Tərtər rayonunun Borsunlu, Talış və Madagiz kəndləri, Ağdərə istiqamətində gedən döyüşlərdə kəşfiyyat manqa komandiri kimi iştirak edib:
“Borsunlu kəndində toplanış zamanı baş leytenant olan komandirim əsgərlərdən ən irəli gedəcək olanları və qalacaqları ayırırdı. Evin tək uşağı olanları, atası olmayanları aparmırdılar.
Mən də yeganə ali təhsilli idim. Mənə qalmağı tapşırdı. Ancaq etiraz edərək xidmətin son gününə qədər baş leytenantla çiyin-çiyinə döyüşlərdə iştirak etdim.
Düşmənin Şiştəpədəki iki müşahidə məntəqəsi tərəfimizdən məhv edilib. Bu uğura görə, korpus komandanlığı tərəfindən “Fəxri fərmanla” təltif olunmuşam.
“Qisas” postunda olarkən düşməndən bir nəfəri vurmuşduq. Aprel ayı ərzində atışlara icazə verildiyi üçün hər yanda güllə gilizi tapmaq olurdu. Vurduğumuz güllənin gilizini saxlamışdım. Əsgərə gilizlərdən nəsə düzəltməyə icazə verilmir. Əgər tutulsa, cəzalandırılır. Gilizləri də normal vaxtlarda sayaraq təhvil alırlar. Ancaq əsgərlər bir yolunu tapıb nəsə düzəldirlər. Çox vaxt bu nəsə güllədən sadə fiqurlar olur. Gilizi kəsəndən sonra istər postda, istərsə də postdan düşdükdən sonra özümlə gəzdirirdim. Tutulmamaq üçün sol cibimdə saxlayırdm. Gecələr, ya da boş vaxtlarda parça səthlərə sürtürdüm ki, daha da parıldasın. Evə gələcəyim zaman artıq üzük hazır idi. Mənimlə bütün döyüş cəbhəsini gəzmişdi. İndi də mənimlədir. Kənarlarında bir azca əyrilik var. Diqqətlə baxanda bronejiletin parçasının cızıqlarını görmək olur. O vaxtdan artıq 4 il keçib, hələ də parıltısı getməyib. Xanımım da arada üzüyün qayğısına qalmağın gərəyini başa düşür. O üzük eynilə silah kimidir. Gərək vaxtaşırı qulluq edəsən”.

Baxış sayı: 797
Bölməyə aid digər xəbərlər