Bütün xəbərlər
“Koronovirusla mübarizə bütün dünyanı birləşdirən bir problem və ağrıdır”
Tarix: 05-03-2020 17:38 | Bölmə: Digər

                   

Mariya Suvorovskaya: “Dövlətlər arasında iqtisadi əlaqələri zədələyəcək neqativ hallara qarşı qabaqlayıcı tədbirlər görülməlidir”

Bildiyimiz kimi, bir çox dövlətlər koronavirus təhlükəsi elə üzləşiblər. Belə bir pandemiya şəraitində dövlətlərin iqtisadi əlaqələrini qoruması önəmli məsələdir. Rusiyanın “Business-Dialog Media” nəşriyyat və kommunikasiya qrupunun baş icraçı direktoru, “World Business Guide Azerbaijan” jurnalının baş redaktoru Mariya Suvorovskaya “Palitra”ya deyib ki, hazırda dövlətlər arasında iqtisadi əlaqələri zədələyəcək neqativ hallara qarşı qabaqlayıcı tədbirlər görülməlidir. Onun fikrincə, koronavirusa qarşı mübarizə istiqamətində maarifləndirmə işi gücləndirilməlidir: “Koronovirusla mübarizə bütün dünyanı birləşdirən bir problem və ağrıdır. Xəstələnmək qorxusu planetin müxtəlif yerlərinə yayılaraq çaxnaşma və vahiməyə səbəb olub. Ölkənin qeyri-kafi hazırlığı ölümcül ola bilər, maksimum ehtiyat tədbirləri görülməlidir. Virusun yayılması iqtisadiyyata təsir göstərir, müəssisələr çox böyük itki verir. Əlbəttə, çətin hallarda maskaların istifadəsi, karantin və kütləvi tədbirlərin ləğvi vacibdir”. Mariya Suvorovskayanın sözlərinə görə, nəticəyə nail olmaq yalnız fəaliyyətin sinxronizasiyası ilə mümkündür: “İnfeksiyanın mənbəyini Çin ilə bağlamaq artıq mümkün deyil. Buna görə də koronovirusun yayılma arenasını hesablamaq getdikcə çətinləşir. Bir çoxumuz iş və şəxsi planlarımızı nəzərdən keçirməli, səfərləri ləğv etməli və tətil planını təxirə salmalı olduq. Lakin planetdəki virusu ən qısa müddətdə dayandırmaq lazımdır. Bilirəm ki, Azərbaycanda ilk dəfə koronavirus COVID-19 ilə yoluxma hadisəsi qeydə alınıb. “İnterfaks” agentliyinin verdiyi məlumata görə, bu, İrana səfər edən bir rusdur. Şübhəsiz ki, xəstələrin kimlə əlaqə qurduğunu tapmaq çox vacibdir. Hər kəs üçün uçuşları məhdudlaşdırmaq və sağlamlıqlarını izləmək hələ də vacibdir”.

Fuad Hüseynzadə



Baxış sayı: 521


Bölməyə aid digər xəbərlər