Bütün xəbərlər
Ukrayna müxalifəti hökumətin istefasını tələb edir - Koronavirusa görə
Tarix: 20-02-2020 02:59 | Bölmə: Digər

                  Ukrayna müxalifəti hökumətin istefasını tələb edir

Ukrayna parlamentinin “Müxalif platforma – Həyat üçün” partiyası hökumətin istefasını tələb edib.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, buna səbəb Nazirlər Kabinetinin koronavirusa görə Çindən ukraynalılarla yanaşı, digər dövlətlərin vətəndaşlarının da təxliyyə edilməsi haqda qərarı olub. Belə ki, Ukrayna Çindən digər ölkələrin də vətəndaşları daxil olmaqla 73 nəfəri təxliyyə edib və onların olduğu təyyarə bu gün Kiyevə çatacaq. Təxliyyə olunanlar 14 gün karantində saxlanılacaq.
Müxalifət isə Qonçaruk hökumətinin (Aleksey Qonçaruk – Baş Nazir – red.) bu qərarını sərt tənqid edərək ölkənin virusun yayılma riskinə hazır olmadığını bildirib və bu qərara gələn bütün vəzifəlilərin istefasını tələb edib. Partiya rəsmilərinin fikrincə, mövcud şərtlər daxilində Ukraynadan “tranzit karantin mərkəzi” kimi istifadə etmək “ən böyük axmaqlıqdır”.



Baxış sayı: 493


Bölməyə aid digər xəbərlər