14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
Təhlükəli xəstəliklərə yol açan məhsullar açıqlandı
Tarix: 27-10-2019 16:12 | Bölmə: Digər

                    Təhlükəli xəstəliklərə yol açan məhsullar açıqlandı


İspaniyalı diyetoloqlar təhlükəli xəstəliklərin inkişafına daha çox təsir göstərən qida məhsullarını açıqlayıb. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “La Vanguardia” yazıb.
Siyahıya cəmi beş məhsul daxil edilib: toyuq, yumurta, balıq, dəniz məhsulları və göyərti.
Mütəxəssislər toyuğu istifadədən əvvəl yaxşıca termik emal etməyi məsləhət görür. Bundan əlavə, ətin buzunu otaq temperaturunda açmamağı tövsiyə edir. Əks halda, bu, salmonella və stafilokokk bakteriyalarının asanlıqla çoxalmasına gətirib çıxarır.
Diyetoloqların sözlərinə görə, balıq 72 saatdan az olmayaraq buz dolabında qalmalıdır, soğan, kahı və digər göyərtilər isə istifadədən əvvəl suda isladılmalıdır. Yumurtaları isə yumaq lazım deyil. Yumurtanın qabığındakı məsamələrdən onun içinə suda olan bakteriyalar düşə bilər.
Ekspertlər, həmçinin, piştaxtalarda olan dəniz məhsullarının hansı şəraitdə saxlanılması haqda məlumat almağı məsləhət görür.



Baxış sayı: 496


Bölməyə aid digər xəbərlər