Bütün xəbərlər
Azərbaycanda araq, pivə və siqaret daha da bahalaşa bilər
Tarix: 23-10-2019 13:02 | Bölmə: Digər


                  

Azərbaycanda spirtli içkilər, pivə, siqaret və energetik içkilər üçün aksiz vergisi artırılır.
Turkustan.info xəbər verir ki, “Vergi Məsəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsinə görə, içməli spirt, araq, tündləşdirilmiş içkilər və likyorun hər litri üçün aksiz vergisi 2 manatdan 3,2 manata, şampan şərabının hər litri üçün aksiz vergisi 2,5 manatdan 2,6 manata, adi şərabın hər litri üçün aksiz vergisi 0,1 manatdan 0,2 manata, spirtli pivənin hər litri üçün aksiz vergisi 0,2 manatdan 0,5 manata, nazik siqaretlərin 1 000 ədədi üçün aksiz vergisi 20 manatdan 31 manata, spirtli energetik içkilərin hər litri üçün aksiz vergisi 2 manatdan 2,1 manata, spirtsiz energetik içkilərin hər litri üçün aksiz vergisi 3 manatdan 3,1 manata qaldırılır.
Bundan başqa, 2020-ci ildən bu maddədə nəzərdə tutulmayan tündləşdirilməmiş spirtli içkilərin hər litri üçün 0,4 manat aksiz vergisinin tutulması təklif olunur.
Aksiz vergilərin artırılması ilə gələn ildən Azərbaycanda spirtli içkilərin və siqaretin bahalaşacağı bildirilir.  /Cebhe.info/



Baxış sayı: 597


Bölməyə aid digər xəbərlər