14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
“Qarabağ”a qarşı təxribatı onlar edib - Foto
Tarix: 04-10-2019 10:45 | Bölmə: Digər

                       “Qarabağ”a qarşı təxribatı onlar edib


UEFA Avropa Liqasının 2-ci turu çərçivəsində keçirilən “Düdelanj” – “Qarabağ” oyununda təxribat törədən şəxslər müəyyənləşib. “Qafqazinfo” xəbər verir ki, təxribatı Ermənistanın “First Armenian Front” fan klubu törədib. 
Həmin azarkeşlər Belçikadan Lüksemburq paytaxtına gələrək bunu ediblər. Məqsədləri də oyunun yarımçıq dayandırlmasına nail olmaq imiş. 
Fan-klub bununla bağlı sosial şəbəkələrdə paylaşım da edib. 
Xatırladaq ki, “Düdelanj” – “Qarabağ” matçının 31-ci dəqiqəsində Ağdam təmsilçisi 2:0 öndə olarkən stadionun üzərində dronla Azərbaycanın işğal altında olan ərazilərində qurulan separatçı rejimin “bayrağ”ı uçurulub. Buna görə, görüşdə fasilə yaranıb.
Bərpa olunan matç isə “Qarabağ”ın 4:1 hesablı qələbəsi ilə yekunlaşıb



Baxış sayı: 581


Bölməyə aid digər xəbərlər