Bütün xəbərlər
Zəhərlənərək ölən uşaqların valideynləri özünə gəlib
Tarix: 23-09-2024 09:06 | Bölmə: Cəmiyyət

Krasnoyarsk diyarında zəhərlənərək ölən 4 uşağın valideynləri özünə gəlib. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, İstintaq onları dindirməyə hazırlaşır, Rusiya İstintaq Komitəsinin Krasnoyarsk diyarı və Xakasiya üzrə Baş İstintaq İdarəsi bildirib.
“N.S.Karpoviç adına Krasnoyarsk Rayonlararası Kliniki Təcili Tibbi Yardım Xəstəxanasında olan valideynlərin vəziyyəti qənaətbəxşdir, yaxın vaxtlarda onların yanına müstəntiqlər göndəriləcək”, - deyə, İstintaq Komitəsindən bildirilib.
Həmçinin, İstintaq Komitəsinin bölgə və Xakasiya üzrə Baş İstintaq İdarəsi qadının hamilə olduğunu, döl üçün heç bir təhlükənin olmadığını bildirib.
Sentyabrın 21-də 6 və 13 yaşlı uşaqlar ağır zəhərlənmə nəticəsində dünyasını dəyişib. Sentyabrın 22-də səhər saatlarında daha bir uşaq - 11 yaşlı qız, sentyabrın 23-də isə 12 yaşlı qız dünyasını dəyişib. Ekspertizanın rəyinə görə, Krasnaya Sopka kəndində yaşayan bir ailənin zəhərlənməsinə səbəb zəhərli maddə olub.
Ölümün dəqiq səbəbini müəyyən etmək üçün əlavə araşdırmalar aparılır. Cinayət işi çərçivəsində ərzaq mağazasının sahibi və satıcısı, Krasnosopkinski rayon xəstəxanasının feldşer və yaxınları artıq dindirilib. Müstəntiqlər mağazanın müşahidə videolarına baxır.





Baxış sayı: 170


Bölməyə aid digər xəbərlər