Bütün xəbərlər
Azərbaycanda ana ölümünün səviyyəsi artıb
Tarix: 05-09-2018 01:20 | Bölmə: Cəmiyyət

                

Ötən il Azərbaycanda ana ölümünün səviyyəsi 2016-cı illə müqayisədə 5,8 faiz artıb.
Trend-in məlumatına görə, ana ölümünün səviyyəsi 2017-ci ildə əvvəlki illə müqayisədə şəhər yerlərində 1,4 dəfə azalıb, kənd yerlərində isə 1,4 dəfə artıb.
2017-ci ildə ölkədə ümumilkdə hər 100 000 diri doğulana düşən ana ölümü göstəricisi 14,6 olub ki, bu göstərici 2016-cı ildə 13,8 olub.
Keçən il şəhər yerlərində hər 100 000 nəfər diri doğulana düşən ana ölümü göstəricisi 11,5, kənd yerlərində 17,4 olub. Bu göstəricilər 2016-cı ildə müvafiq olaraq 15,6 və 12,1 olub.
2017-ci ildə hər 1000 diri doğulana düşən körpə ölümü göstəricisi qızlar arasında 9,7 (2016-cı ildə 9,7), oğlanlar arasında 12,3 (2016-cı ildə 12,8) olub. Bütövlükdə oğlan uşaqları arasında ölüm səviyyəsi qız uşaqlarına nisbətən daha yüksəkdir.


Baxış sayı: 658


Bölməyə aid digər xəbərlər
18-05-2024, 22:50 Qızı boğmağa cəhd edib