Bütün xəbərlər
Azərbaycanın növbəti ixrac missiyası Çinə gedəcək
Tarix: 27-08-2018 15:53 | Bölmə: Cəmiyyət


                                  
Azərbaycanın növbəti ixrac missiyası Çinə gedəcək.
Bu barədə "Report"a İqtisadiyyat Nazirliyindən verilən məlumatda bildirilib.
Qeyd edilib ki, “Made in Azerbaijan" brendinin təşviqi məqsədilə İqtisadiyyat Nazirliyi növbəti ixrac missiyasını avqustun 29-dan sentyabrın 3-dək Çinin Urumçi şəhərinə təşkil edəcək.
İxrac missiyasına müsabiqə əsasında seçilmiş və qida, təbii mineral sular, şərab və digər spirtli içkilər, fındıq və qurudulmuş meyvə istehsalı sahəsində fəaliyyət göstərən 21 Azərbaycan şirkəti daxildir.
Səfər zamanı Azərbaycan və Çin şirkətlərinin nümayəndələri arasında ikitərəfli görüşlər keçiriləcək, ixrac məsələləri müzakirə ediləcək.
İxrac missiyası çərçivəsində İqtisadiyyat Nazirliyinin dəstəyi və AZPROMO-nun təşkilatçılığı ilə Azərbaycan məhsulları Urumçi şəhərində keçiriləcək “Çin-Avrasiya” sərgisində də nümayiş olunacaq.


Baxış sayı: 636


Bölməyə aid digər xəbərlər
18-05-2024, 22:50 Qızı boğmağa cəhd edib