Bütün xəbərlər
İş xanımı Vəfa Muradzadə fonda 10 min maska ianə etdi - Foto
Tarix: 26-03-2020 16:23 | Bölmə: Sosial

                 İş xanımı Vəfa Muradzadə fonda 10 min maska ianə etdi

"Vəfa Collection" şirkətinin rəhbəri, ilk "made in Azerbaycan" tekstil brendinin yaradıcısı, Prezidentin "Tərəqqi" medalı ilə təltif etdiyi, riyaziyyatçı, hüquqşünas, "İş Qadınlarına Dəstək" İctimai Birliyinin sədri Vəfa Muradzadə Koronavirusla Mübarizə Dəstək Fonduna 10.000 tibbi maska ianə edib. 
"Qafqazinfo"nun məlumatına görə, bunu tanınmış iş adamı Vəfa Muradzadə açıqlamasında bildirib.
Vəfa Muradzadə bildirib ki, bir neçə müddət sonra dövlət başçısı İlham Əliyevin 19 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna daha 10.000 tibbi maska ianə edəcəklər.




Baxış sayı: 502


Bölməyə aid digər xəbərlər