16:17 / 28-02-2020
Virusdan necə qorunmaq olar?
“Streetball – 3*3 Basketbol turniri” layihəsi uğurla icra olundu
Tarix: 27-01-2020 15:31 | Bölmə: Sosial
Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi XIII qrant müsabiqəsinin qaliblərdən olan fəal gənc Hüseyn Cabbarlının icra etdiyi “Streetball – 3*3 Basketbol turniri” layihəsi Siyəzən rayonunda uğurla icra olunub. 24-25 yanvar tarixlərində baş tutan turnirdə yeniyetmə və gənclərdən ibarət hər birində 4 nəfər olmaqla ümumilikdə 12 komanda iştirak edib.
Turnirdə çıxış edən layihə rəhbəri ölkəmizdə, o cümlədən rayonda gənclərin hərtərəfli inkişafına yaradılan şəraitdən, idmana və idmançılara göstərilən diqqət və qayğıdan, layihənin məqsədindən, idaman növlərinin həmçinin basketbol oyununun təbliğindən, yeniyetmə və gənclərin sağlam həyat tərzinə təşviq olunmalarının vacibliyindən danışmışdır.
Yarışın ilk günündə püşkatma ilə hər qrupda 6 komanda olmaqla iki qrup olimpiya sistemi ilə mübarizə aparmış, gənclərdən “Odlar Yurdu” - “Pələnglər”, yeniyetmələrdən isə “Qartal” və “Yupiter” adlı komandalar finala vəsiqə qazanmışlar.
Turnirin növbəti günü təşkil olunan və gərgin şəraitdə davam edən qrup final oyunlarında “Odlar Yurdu” və “Qartal” komandaları I, “Pələnlər” və “Yupiter” komandaları II, “Akula” və “Nefçi” komandaları isə III yerə layiq görülmüşlər.
Yekunda iki qrupda hər 3 yeri tutan komandalar sertifikat, medal və qol saatları ilə təltif olunmuşlar.
Sabaha-inamla.Az






Baxış sayı: 73


Bölməyə aid digər xəbərlər
15-02-2020, 13:38 Sabah sınaq imtahanı var