Gürcüstanın milli valyutası rekord səviyyədə ucuzlaşıb
Tarix: 24-03-2020 20:41 | Bölmə: Karusel




Gürcüstan milli valyutası olan larinin ABŞ dollarına qarşı məzənnəsi rekord səviyyəyə yüksəlib.
APA-nın yerli bürosu xəbər verir ki, Gürcüstan Mərkəzi Bankının bu gün saat 17:00-da müəyyənləşdirdiyi rəsmi məzənnəyə əsasən, martın 25-də 1 ABŞ dolları 3,4494 lariyə bərabər olacaq. Bu gün isə 1 dolların rəsmi məzənnəsi 3,2389 lari təşkil edib.
Lari avro qarşısında da ucuzlaşıb. Rəsmi məzənnəyə görə, 1 avro 3,7436 lari səviyyəsində müəyyənləşib. Bu gün isə 1 avro 3,4578 lariyə satılıb.
Qeyd edək ki, bu, Gürcüstan tarixində qeydə alınmış larinin ən aşağı rəsmi məzənnəsidir.


Baxış sayı: 37


Bölməyə aid digər xəbərlər
23-03-2020, 00:52 Merkel karantinə alındı