14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
Rusiyalı deputat Şeremet Ukraynaya qoşunlarını Polşa sərhədlərinə köçürməyi tövsiyə edib
Tarix: 16-02-2024 11:06 | Bölmə: Siyasət

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiya Dövlət Dumasının Krımdan olan deputatı Mixail Şeremet deyir ki, Ukrayna üçün əsl təhlükə onun qərb ərazilərini ələ keçirmək arzusunda olan Polşadan gəlir.
“Çox gec olmadan Kiyev hakimiyyəti Rusiya ilə mənasız qarşıdurma zamanı yorulmuş ruhdan düşmüş qoşunlarını Polşa sərhədinə köçürməlidir”, - o, tövsiyə edib.
Şeremetin sözlərinə görə, polşalı fermerlərin Ukrayna taxılının tədarükünə etirazları ölkələr arasında artan münaqişənin yalnız ilk əlamətidir və gələcəkdə qarşıdurma daha da güclənəcək.
2023-cü ilin payızında Slovakiya, Macarıstan və Polşa Aİ-nin tövsiyələrinə baxmayaraq, Ukraynadan kənd təsərrüfatı məhsullarının idxalına qoyulan qadağanı uzaddıqlarını elan etdilər. Daha sonra Polşa hakimiyyəti tranzit Ukrayna mallarına nəzarəti gücləndirib.
Ukrayna daşıyıcıları polşalı həmkarlarının hərəkətlərinə cavab olaraq sərhəddəki keçid məntəqələrini blokadaya almağa başlayıblar.



Baxış sayı: 126


Bölməyə aid digər xəbərlər