22:25 / 12-03-2026
Sinaqoqda atışma baş verib
Bütün xəbərlər
“Aclıq Oyunları” filmində rol alan aktyor Donald Sazerlend vəfat edib
Tarix: 20-06-2024 22:51 | Bölmə: Mədəniyyət

Kanadalı aktyor Donald Sazerlend 89 yaşında vəfat edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə onun oğlu Keyfer məlumat verib.
O, sosial mediadakı X səhifəsində ölüm səbəbini açıqlamadan yazıb: "Ağır ürəklə sizə xəbər verirəm ki, atam Donald Sazerlend vəfat edib".
KİV-in məlumatına görə, ölüm uzun sürən xəstəlik nəticəsində baş verib.
Sazerlend "Aclıq oyunları", "Qürur və qərəz", "Backdraft", "Fellini's Casanova" və digər filmlərdəki rolları ilə tanınır. Aktyor "Emmi" və "Qızıl qlobus" mükafatlarının laureatıdır.



Baxış sayı: 846


Bölməyə aid digər xəbərlər
16-02-2026, 21:32 Xalq artisti vəfat etdi
29-12-2025, 19:13 QIZIL ALMA