Bütün xəbərlər
Deputat Vasiliev: "Vahid Rusiya" 5 min rus məktəbini təmir edib"
Tarix: 26-03-2025 13:28 | Bölmə: Karusel

 Rusiya Təhsil Nazirliyi və "Vahid Rusiya" partiyasının birgə həyata keçirdiyi proqram çərçivəsində bu günə kimi 5 min rus məktəbində təmir işləri aparılıb. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə “Rossiya 24” telekanalının efirində Dövlət Dumasında “Vahid Rusiya” fraksiyasının rəhbəri Vladimir Vasilyev bildirib.
Partiya 2022-ci ildən müvafiq proqramı həyata keçirir. "Biz bu istiqamətdə işləyirik, bu gün 5 minə yaxın məktəb artıq təmir olunub. Prezidentin tapşırığı ilə isə - 7 min üstəgəl. Biz bunu edəcəyik.Ən əsası isə, uzunmüddətli tikintiyə icazə verilməyib", - Vasilyev bildirib.
Deputat əlavə edib ki, partiya Rusiyanın baş naziri Mixail Mişustinin göstərişi ilə əvvəllər “Vahid Rusiya”nın nəzarətindən kənarda qalan regionlardakı bələdiyyə məktəblərinə də nəzarət edəcək.
Martın 26-da Rusiyanın baş naziri Mixail Mişustin Dövlət Dumasında hökumətin 2024-cü ildə gördüyü işlər haqqında hesabat təqdim edəcək. Təhsil, məktəblərin təmiri və məktəb avtobusları ilə təminat kabinetin əsas prioritetləri sırasındadır.



Baxış sayı: 92


Bölməyə aid digər xəbərlər