Bütün xəbərlər
İnquşetiya rəhbərinin qardaşı 2 milyard rubl oğurlamaqda və mütəşəkkil cinayətkar qrup yaratmaqda ittiham olunur
Tarix: 30-10-2024 15:53 | Bölmə: Karusel

İnquşetiya rəhbərinin qardaşı Maqomed Kalimatov xüsusilə böyük miqyasda dələduzluqda, habelə cinayətkar birlik yaratmaqda ittiham olunur.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, əvvəllər o, Rusiya Poçtunun regional bölməsinə rəhbərlik edib. Maqomed Kalimatov təxminən 2 milyard rubl oğurluqda ittiham olunur.
“Kalimatov Maqomed-Bəşir Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsində nəzərdə tutulmuş səkkiz cinayət törətməkdə ittiham olunur...”, TASS iş materiallarından sitat gətirir.
Mayın sonunda Moskvanın Meşçanski Məhkəməsi Kalimatovu həbsə göndərib. Həbs müddəti iki dəfə uzadılıb.



Baxış sayı: 46


Bölməyə aid digər xəbərlər