Şahbuz rayonunun Nursu kəndində yeni üzüm bağı salınıb
Tarix: 01-04-2020 02:04 | Bölmə: Digər



Şahbuz rayonunun Nursu kəndində 1,5 hektar sahədə yeni üzüm bağı salınıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, əkin aparılmazdan əvvəl seçilən yamac sahədə aqrotexniki tədbirlər görülüb. Ərazi təmizlənərək yararlı hala salınıb. Əkin zamanı yerli üzüm sortlarından olan ağ və qara kişmişi, xəlili, qara şanı və digər sortlardan istifadə olunub. Əkində üzvi gübrələrdən də istifadə olunaraq, əraziyə 2 minə yaxın üzüm tənəyi basdırılıb.
Qeyd edək ki, son dövrlərdə Şahbuz rayonunun ərazisində 10 hektara yaxın sahədə yeni üzüm bağı salınıb.



Baxış sayı: 76


Bölməyə aid digər xəbərlər