Bütün xəbərlər
“Mən icazə verə bilməzdim ki, yeddi ana qara geyinsin” – VİDEO
Tarix: 21-03-2021 14:33 | Bölmə: Cəmiyyət


“O əsgər beş saniyə içində həyati qərar verdi”.
Bu sözləri Birinci və İkinci Qarabağ Müahirəbələrinin iştirakçısı, “Maştağa” ləqəbli gizir Vidadi Ağagülov Vətən müharibəsi zaman şücaət göstərən daha bir əsgərimiz Tərlan Həsənov haqqında danışarkən deyib.
O bildirib ki, müharibə dövründə düşmən səngərə qumbara atıb: 
“Həmin vaxt səngərdə 8 əsgər var idi, amma onların içindəki ən balaca olan hər kəsin həyatını xilas etdi. O, rabitə qurğusunu qumbaranın üstünə qoydu və zirehli jiletlə onun üstünə uzandı. Qumbara partladı, amma ona heç nə olmadı”.
Vidadi Ağgülovun həmin əsgərin şücaətindən danışarkən gözləri dolub:
“Hadisədən sonra əsgərlə danışanda sual verdim ki heç ananı düşünmədin? O isə cavabında mənə dedi ki, mənim bir anam var, amma orda məndən başqa yeddi əsgər var idi. Mən icazə verə bilməzdim ki, yeddi ana qara geyinsin”.
Daha ətraflı videoda:

             


Baxış sayı: 537


Bölməyə aid digər xəbərlər