Gürcüstanda fövqəladə vəziyyət elan olunur
Tarix: 21-03-2020 14:34 | Bölmə: Karusel

                  Gürcüstanda fövqəladə vəziyyət elan olunur

Gürcüstanda koronavirusla bağlı 1 ay müddətinə fövqəladə vəziyyət elan olunacaq.
“Qafqazinfo” “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Naziri Giorgi Qaxariya keçirdiyi xüsusi brifinqdə bildirib.
“Virusu ehtiva etmək məqsədinə çatmaq üçün, Gürcüstan hökuməti Prezidentdən bir ay fövqəladə vəziyyət elan etməsini xahiş edib”, - deyə Qaxariya vurğulayıb.
Fövqəladə vəziyyət rejimi artıq təyin edilmiş parlament iclasından sonra elan ediləcək.
Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar olaraq Gürcüstan, xüsusi hallar istisna olmaqla, əcnəbilər üçün sərhədləri 18 mart tarixindən iki həftəliyə bağlayıb. Martın 20-də Gürcüstan səmanı bağlayaraq bütün istiqamətlərdə uçuşları ləğv edib.
Bu günə qədər lkədə 47 nəfər epidemiyaya yoluxub, 1 nəfər sağalıb.


Baxış sayı: 73


Bölməyə aid digər xəbərlər
23-03-2020, 00:52 Merkel karantinə alındı