Bütün xəbərlər
Beş nəfərlik ailə insektisiddən zəhərlənib, bir uşaq ölüb
Tarix: 17-03-2025 20:01 | Bölmə: Karusel

Faciəli hadisə bazar ertəsi, martın 17-də Stavropol diyarının Novoaleksandrovsk şəhərində baş verib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, İstintaq Komitəsinin regional qərargahından verilən məlumata görə, ailə üzvlərindən 5-nin səhhətində bağırsaq pozğunluğu ilə müşayiət olunan kəskin pisləşmə müşahidə olunub.
Çağırılan təcili tibbi yardım işçiləri insanları xəstəxanaya yerləşdirməyə qərar verib. Səkkiz yaşlı qız daha sonra xəstəxanada ölüb, 12 yaşlı oğlan isə ağır vəziyyətdə reanimasiyadadır.
"Zəhərlənməyə ailə başçısının hadisədən bir gün əvvəl fərdi evin zirzəmisini xüsusi həşərat əleyhinə dərmanla müalicə etməsi səbəb ola bilərdi", - İstintaq Komitəsi vurğulayıb.
Hadisə Rusiya Federasiyası Cinayət Məcəlləsinin ehtiyatsızlıqdan ölümə səbəb olma maddəsi ilə tövsif edilib və cinayət işi açılıb.
Hazırda hadisə yerinə baxış keçirilir və bir sıra ekspertizalar təyin edilib.



Baxış sayı: 32


Bölməyə aid digər xəbərlər