Bütün xəbərlər
Avstraliyada bir cütlük Rusiyaya casusluq etməkdə şübhəli bilinir
Tarix: 12-07-2024 08:58 | Bölmə: Karusel

Avstraliyada polis əməkdaşları casusluqda şübhəli bilinən Rusiya Federasiyası pasportu olan cütlüyü saxlayıblar.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Avstraliya hüquq-mühafizə orqanlarının əməkdaşları Kira və İqor Korolev adlı evli cütlüyü saxlayıblar. Onların Avstraliya vətəndaşlığı var, lakin Rusiya Federasiyasında anadan olublar və Rusiya pasportlarına malikdirlər. Bu barədə ABC yayım korporasiyası məlumat yayıb.
Açıqlandığı kimi, Avstraliya Silahlı Qüvvələrində informasiya texnologiyaları üzrə mütəxəssis kimi xidmət edən 40 yaşlı qadın rəhbərliyin icazəsi olmadan Rusiyaya səfər edib və burada Avstraliya ordusu ilə bağlı məlumatları çatdırmaq niyyətində olub. Eyni zamanda bu işdə ona 62 yaşlı əri kömək edib.
Cütlüyün həbs olunduğu və casusluqda ittiham olunduğu bildirilir.
Bundan əvvəl Bavariyada iki nəfər Rusiyaya casusluq etməkdə şübhəli bilinərək saxlanılıb.



Baxış sayı: 181


Bölməyə aid digər xəbərlər