Bütün xəbərlər
"Kaş insanın rastına həmişə bu cür alicənab dostlar çıxa"-JURNALİST ƏMRAH FƏQANOĞLU YAZIR
Tarix: 04-04-2020 02:34 | Bölmə: Yazarlar

-Gərgin iş gününü başa vurub, 40 dəqiqəlik yol qət edib, evə yenicə çatmışdım ki, vatsap - da dostum- qardaşım Vüsalın mənə nəsə göndərdiyini gördüm. Açıb baxdım, iki dost barədə ibrətamiz bir hekayədir. Məni yaxından tanıyanlar bilir, çox kövrək adamam. Bu videohekayəyə baxanda da çox kövrəldim. Ən əsas da o yeri ürəyimə toxundu ki, adam bir zaman ona böyük xeyirxahlıq etmiş dostunun öz əmri altında işləməsinə razı olmur və xəbəri olmadan ona daha yüksək səlahiyyət və hətta atasından qalan var -dövləti verir. Kaş insanın rastına həmişə bu cür alicənab dostlar çıxa, boğazına bal töksən də, "zəhər idi " - deyib nankorluq edən "dostlar" yox...
P.S. Bir daha təşəkkür, Vüsal!


Baxış sayı: 6 022


Bölməyə aid digər xəbərlər