Bütün xəbərlər
Azərbaycan kitabları Moskvada - kitab yarmarkasl başa çatıb
Tarix: 09-09-2019 01:54 | Bölmə: Sosial

Rusiyanın Xalq Təsərrüfatları sərgi mərkəzində təşkil olunan 32-ci Beynəlxalq kitab yarmarkasında Azərbaycan da daxil olmaqla 33 ölkə təmsil olunub. Rusiyanın ən böyük kitab sərgisində 100 mindən çox yeni kitab təqdim olunub. Bu ilin sərginin əsas istiqamətlərindən biri isə illustrasiyalı kitablardır.

Azərbaycan da kitab sərgisində geniş şəkildə təmsil olunub. Belə ki, Azərbaaycanın Mədəniyyət və Turizm Nazirliyi 200 adda kitabla moskvalıların qonağı olub.
Azərbaycan mədəniyyətindən, tarixindən, arxitekturasından və dahi şəxsəldən bəhs edən kitablar sərgi iştirakçılarında böyük maraq doğurub.
Azərbyacan Mədəniyyət Nazirliyinin nümayəndəsi Elbəy Əli isə Azərbaycanın sərgidə iştirakının əhəmiyyətini və məqsədini qeyd edib.
                           
Azərbaycan stendində diqqət çəkən məqamlardan biri isə stendin xarici görünüşü olub, Yarmarkanın fəxri qonağı olan Belarus Respublikası ilə sərginin mərkəzində yerləşən stend Azərbaycanın şəhərləri və Bakının arxitekturası ilə bəzədilmişdi.
Sərgi çərçivəsində müsabiqə də keçirilib. Azərbaycanın təqdim etdiyi 10-a yaxın kitab müxtəlif naminasiyaların qalibi olub. «Şərq Qərb» nəşriyyatının illustrasiyalı şəkildə çap etdiyi Nizami Gəncəvinin "Xosrov və Şirin" əsəri isə yarmarkanın ən üstün mükafatına Qran Pri-yə layiq görülüb.
Nəzərinizə çatdıraq, 32-ci Beynəlxalq kitab yarmarkası sentyabırın 8-də başa çatıb.
Sabaha-inamla.Az


Baxış sayı: 639


Bölməyə aid digər xəbərlər