Bütün xəbərlər
"Bakı xəbər" - 16-Əflatun Amaşov "Bakı xəbər"i təbrik etdi
Tarix: 08-09-2019 01:58 | Bölmə: Sosial

-"Bakı xəbər" qəzeti 16 yaşını qeyd edir. Ötən 16 il Azərbaycan mətbuatının inkişaf tarixidir. "Bakı xəbər" də bu inkişafda öz dəsti-xəttini saxlamış, qorumuş, inkişaf etmiş mətbuat orqanıdır.
"Bakı xəbər" peşəkar jurnalistlərin dövlətçilik, ali amallar uğrunda mübarizə apardıqları mərkəzdir. Bu mübarizədə uduşa malik tərəf bütövlükdə ölkə ictimaiyyətidir. Qəzet məhz bunun üçün çalışır. Onun cəmiyyət tərəfindən qəbul edilməsində əsas meyar da budur.
"Bakı xəbər" ildən-ilə inkişafdadır. Əminəm ki, bu inkişaf qəzeti 16 deyil, daha böyük illərə daşıyacaqdır.
"Bakı xəbər" qəzeti kollektivini təbrik edirik. Onun peşəkar, jurnalistika prinsiplərinə sadiq kollektivinə uğurlar arzulayırıq. Əminik ki, qəzet daim zirvələrdə olacaq, inkişaf edəcək, Azərbaycanın uğurlarının müjdəçisi olacaq.
16 yaşınız mübarək, əziz "Bakı xəbər"çilər!


Baxış sayı: 508


Bölməyə aid digər xəbərlər