Bütün xəbərlər
Vilayət Eyvazov Fuad Mayılovu Sumqayıta göndərdi
Tarix: 04-09-2019 11:24 | Bölmə: Sosial

Sumqayıt Qeydiyyat-İmtahan və Texniki Baxış Şöbəsinə ("MERO") yeni rəis təyin olunub.

Qaynarinfo bakupost.az-a istinadən xəbər verir ki, Daxili İşlər naziri, general Vilayət Eyvazovun əmri ilə bu vəzifə Fuad Mayılova həvalə edilib.
Bu təyinata qədər Fuad Mayılov uzun illər "Ekologiya postu"nun rəisi vəzifəsində çalışıb. Onun yerinə hələ ki təyinat olmayıb.
Xəbəri Sumqayıt Qeydiyyat-İmtahan və Texniki Baxış Şöbəsindən təsdiqləyiblər.


Baxış sayı: 561


Bölməyə aid digər xəbərlər