01:00 / 23-09-2019
"Sümbül ağa"ya şok sual
1 sentyabr akademik Möhsün Nağısoylunun doğum günüdür -TƏBRİK EDİRİK!
Tarix: 02-09-2019 00:17 | Bölmə: Sosial

1 sentyabr uzun illər tanıdığım dəyərli dostum, gözəl, səmimi, təvazökar, vətənpərvər insan Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylunun doğum günüdür. O, Azərbaycan ədəbiyyatının, dilimizin inkişafı, onun yad dillərdən təmizlənməsi üçün əlindən gələni edir və edir. 
M.Z.Nağısoylu 48 kitab və monoqrafiyanın müəllifi, tərtibçisi və tərcüməçisidir.
Onun “Orta əsrlərdə Azərbaycanda tərcümə sənəti”(Bakı, 2000), “M.Füzulinin “Hədiqətüs-süəda”əsəri”(Bakı, 2002), “XVI əsr Azərbaycan tərcümə abidəsi “Şühədanamə” (Bakı, 2003), “Şirazinin “Gülşəni-raz” tərcüməsi” (Bakı, 2004), “Əhmədinin “Əsrarnamə” tərcüməsi” (Bakı, 2005), “Həzininin “Hədisi-ərbəin” tərcüməsi” (Bakı, 2008), "XVI əsr Azərbaycan tərcümə əsəri “Kəvamilüt-təbir” (Bakı, 2011) kitabları milli Azərbaycan humanitar elminin inkşafında mühüm rol oynamış, elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmişdir. Elmi araşdırmaları, əsasən, orta yüzilliklərdə fars dilindən Azərbaycan türkcəsinə edilmiş tərcümə əlyazmalarının mətnşünaslıq və dilçilik baxımından tədqiqinə həsr olunmuşdur.M.Z.Nağısoylu Azərbaycan tərcümə tarixi problemlərinə və yazılı abidələrə dair 350-dən çox elmi və elmi-kütləvi məqalənin müəllifidir.
O, bir sıra Beynəlxalq elmi konfranslarda elmi məruzələrlə çıxış etmişdir. Məqalələri Tehran, Kabil, Sankt-Peterburq, İrəvan, Qazan, Ankara,   Lefkoşa, İstanbul, Berlin, Drezden, Budapeşt, Buxarest, Sarayevo, Astana, Konya şəhərlərində nəşr olunan elmi toplularda çapdan çıxmışdır. Tərtibçisi olduğu “Nizami. İncilər” kitabı  və “Şirazi ve onun Gülşeni-raz tercümesi” monoqrafiyası  Türkiyədə, “Farsca əlyazmalar kataloqu” kitabı isə İranda nəşr olunmuşdur.Abuturiyentlər üçün “Azərbaycan dili” (1999), “Ədəbiyyat” (2000), “Azərbaycan dili və ədəbiyyat” (2003) dərs vəsaitlərinin də müəllifi, M.Füzulinin “Hədiqətüs-süəda” (1993), M.Nəsirinin “Lisanüt-teyr” (2000), “Şeyx Səfi təzkirəsi” (2006) əsərlərini ilk dəfə tərtib və çap edənlərdən biridir. Rəhbərlik etdiyi  20 dissertant namizədlik dissertasını müdafiə etmişdir.
Fars dilindən tərcümə etdiyi üç kitabı nəşr olunub: S.Bəlaği. “Quran qissələri”; Ə.Bəxşayişi. “Sidiqiye-Tahirə”; Şeyx Mahmud Şəbüstəri. “Gülşəni-raz”. Bu kitablardan birincisi İranda da iki dəfə işıq üzü görmüşdür.
Sabaha-inamla.az saytının kollektivi başda Namiq Məmmədli olmaqla hörmətli akademikimizi səmimi qəlbdən təbrik edir, ona can sağlığı, işlərində uğurlar arzulayır! 
Namiq Məmmədli
Sabaha-inamla.Az




Baxış sayı: 45


Bölməyə aid digər xəbərlər