Bütün xəbərlər
STOLÜSTÜ TENNİS ÜZRƏ YENİYETMƏLƏR ARASINDA KEÇİRİLƏN ŞƏHƏR BİRİNCİLİYİNƏ YEKUN VURULDU -SUMQAYIT-70
Tarix: 31-08-2019 16:16 | Bölmə: Sosial

30-31 avqust 2019-cu il tarixində Gənclər və İdman Baş idarəsinin təşkilatçılığı ilə Sumqayıt Bulvarında yerləşən “Qarabağ” NN Stolüstü tennis idman klubunun bazasında Sumqayıt şəhərinin 70 illik yubileyinə həsr edilmiş stolüstü tennis üzrə 2006-cı il və daha kiçik təvəllüdlü yeniyetmələr arasında şəhər birinciliyi keçirilmişdir. Birincilikdə 41 nəfər idmançı qalib adı uğrunda mübarizə aparmışdır.
Tədbirin bağlanış mərasimində çıxış edən Baş İdarənin rəisi Elgün Hümbətov Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan, hazırda isə prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət siyasəti nəticəsində bütün sahələrə olduğu kimi idmana da xüsusi diqqət və qayğı göstərildiyini, gənc nəslin fiziki və mənəvi inkişafına həmişə prioritet məsələ kimi yanaşıldığını qeyd etdi.
Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda qızlar arasında Arzu Aslanova (şəxsi), Arzu Aslanova, Mərziyyə Nürmətova (qoşa) və Fatimə Cəfərova (qoşa-qarışıq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdır.
Oğlanlar arasında keçirilən yarışda isə Hüseyn Eylazov (şəxsi), Toğrul Məmmədov, Hüseyn Eylazov (qoşa) və Hüseyn Eylazov (qoşa-qarışıq) birinci yerə layiq görülmüşlər.
Yarışın qalib və mükafatçıları Gənclər və İdman Baş İdarəsinin fəxri fərman, medal və hədiyyələri ilə təltif olunmuşdur.
Sabaha-inamla.Az





Baxış sayı: 553


Bölməyə aid digər xəbərlər