Bütün xəbərlər
Sumqayıt şəhərinin 70 illik yubileyinə həsr edilmiş könüllü gənclərin Bowling yarışı keçirildi
Tarix: 24-08-2019 01:54 | Bölmə: Sosial



Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən şəhərin 70 illik yubileyinə həsr edilmiş müxtəlif sahələri təmsil edən gənc könüllülər arasında Bowling yarışı təşkil edilmişdir.
Tədbiri giriş sözü ilə açan Baş İdarənin rəisi Elgün Hümbətov iştirakçıları salamlayaraq, ölkə və şəhər rəhbərliyinin gənc nəslə  göstərilən qayğısından və respublikada dövlət gənclər siyasətinin uğurlu inkişafından, Sumqayıtda aparılan yenidənqurma və abadlıq işlərindən danışmışdır. Qeyd olundu ki, məqsəd “Azərbaycan gəncliyi 2017 – 2021-ci illərdə” Dövlət Proqramından irəli gələn vəzifələri, Sumqayıt şəhərinin 70 illik yubileyi əlaqədar təsdiq olunmuş Tədbirlər Planını icra etmək, gənclərin hərtərəfli inkişafına nail olmaq, sağlamlıqlarını möhkəmləndirmək, bacarıqlarını inkişaf etdirmək və asudə vaxtlarının səmərəli təşkilidir. 
Yarışda ümumilikdə 8 komanda və hər komandadan 7 nəfər olmaqla 56 gənc qalib adı uğrunda mübarizə aparmışdır.
Gərgin keçən yarışmanın yekun nəticəsinə əsasən I yerə Sumqayıt Asan Xidmət Mərkəzinin “Mübariz”,II yerə Sumqayıt Qızıl Aypara Cəmiyyəti, III yerə isə Gənclər Evinin eyni adlı komandaları layiq görülmüşdür.
Qalib komandalar Baş İdarənin kubok, medal, fəxri fərman vəhədiyyələri ilə təltif edilmişdir.
Sabaha-inamla.Az







Baxış sayı: 656


Bölməyə aid digər xəbərlər