Bütün xəbərlər
Niyazi Bayramov yolların təmir və bərpa işləri ilə tanış olub
Tarix: 14-08-2019 17:56 | Bölmə: Sosial

                                 Niyazi Bayramov yolların təmir və bərpa işləri ilə tanış olub


Bu gün Gəncədə tikinti-quruculuq və abadlıq işləri sürətlə davam etməkdədir. Bu istiqamətdə aparılan işlərdən biri də yolların bərpası, küçə işıqlandırılması və köhnə işıq dirəklərinin yenisi ilə əvəz edilməsidir. Bununla əlaqədar olaraq Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhərin bir sıra ərazilərinə baş çəkib. İcra başçısı əvvəlcə Nərimanov prospekti boyunca görülən işlərlə maraqlanıb. Burada şəhər rəhbərinə məlumat verərək bildirilib ki, prospektdə, şəhərdaxili küçələrin yollarında köhnə asfalt qatı qazılaraq yenisi ilə əvəz olunur. Çat olan yerlər xüsusi texnika ilə çapılaraq götürülür və həmin yerlərə xırda dənəli asfalt tökülərək üzərinə bitum vurularaq yeni asfalt örtüyü ilə üzlənir. Niyazi Bayramov prospektə görülən işlərlə ətraflı tanış olduqdan sonra yolun təmirinin keyfiyyətli aparılmasına , həmçinin küçələrdə köhnə işıq dirəklərinin yenisi ilə əvəz edilməsinə dair bir sıra tapşırıqlar verib.

Daha sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başısı Niyazi Bayramov şəhərin Əttarlar küçəsi adlanan ərazisində olub. Burada sakinlərlə görüşən icra başçısı onları narahat edən məsələlərlə yerində tanış olub. Sakinlər əsasən küçələrdə və məhəllədaxili yollarda asfalt örtüyünün olmamasından, habelə su təchizatının yaxşılaşdırlması və digər məsələlərlə bağlı müraciətlər ediblər. Sakinləri dinləyən şəhər rəhbəri mövcud problemləri araşdıraraq aradan qaldırlması üçün aidiyyatı qurumlara tapşırıqlar verib.
AtaTv.az
Niyazi Bayramov yolların təmir və bərpa işləri ilə tanış olub
Niyazi Bayramov yolların təmir və bərpa işləri ilə tanış olub
Niyazi Bayramov yolların təmir və bərpa işləri ilə tanış olub
Niyazi Bayramov yolların təmir və bərpa işləri ilə tanış olub
Niyazi Bayramov yolların təmir və bərpa işləri ilə tanış olub


Baxış sayı: 625


Bölməyə aid digər xəbərlər