Bütün xəbərlər
Milli Aerokosmik Agentliyində Aparat işçilərinin maaşları artırılıb
Tarix: 13-08-2019 10:31 | Bölmə: Sosial

                                 

Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin Aparatının işçilərinin aylıq vəzifə maaşları artırılıb.
"Report"un məlumatına görə, bununla bağlı Nazirlər Kabinetinin “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” qərarında dəyişiklik edilib.
Dəyişikliyə əsasən, Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin Aparatının işçilərinin aylıq vəzifə maaşları aşağıdakı kimi olub:
Sıra №-siVəzifələrin adıAylıq vəzifə maaşı (manatla)
1.Baş direktor, direktor960
2.Baş direktorun birinci müavini865
3.Baş direktorun müavini, direktorun müavini770
4.Şöbə rəisi, elmi işlər fondunun müdiri, baş mühasib650
5.Bölmə rəisi610
6.Baş hüquq məsləhətçisi, baş mütəxəssis, mülki müdafiə üzrə qərargah rəisi570
7.Qeyri-əsas şöbənin rəisi, aparıcı mütəxəssis515
8.Mütəxəssis460
9.Avtomobil sürücüsü320
10.Kompüter operatoru, inspektor, xəzinədar295
11.Gözətçi, xadimə260



Baxış sayı: 607


Bölməyə aid digər xəbərlər