Bütün xəbərlər
Yeni sözlərimiz: “adapter” - yükləyici, “razetka” - yuvacıq, “udlinitel” - uzadıcı
Tarix: 01-08-2019 13:25 | Bölmə: Sosial
                      Yeni sözlərimiz: “adapter” - yükləyici, “razetka” - yuvacıq, “udlinitel” - uzadıcı

Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti sentyabrda çapa veriləcək.
Axşam.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında AMEA-nın Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu deyib.
Onun sözlərinə görə, çapa veriləcək orfoqrafiya lüğətində yeni sözlər öz əksini tapacaq:
“Biz yeni yaradılan sözləri ictimaiyyətin müzakirəsinə veririk. Bunların bəziləri müsbət qarşılanır, bəzilərinə ögey münasibət olur. Amma bizdə də qonşu ölkələrdə olduğu kimi bu təcrübədən istifadə edilir.
Misal üçün, “adapter” – yükləyici, “zaryatka” – yükləmə, “razetka” – yuvacıq, “udlinitel” – uzadıcı, proqnoz – öncəgörmə kimi təklif olunub. Öncəgörmə deyəndə hamının ağlına fala baxmaq gəlir, ancaq bu söz yazılı abidələrimizdə də işlənib”.
Akademik əlavə edib ki, köhnə orfoqrafiya lüğətində narazılıq yaradılan sözlər çıxarılıb.


Baxış sayı: 552


Bölməyə aid digər xəbərlər