Bütün xəbərlər
Azərbaycanlı biznesmenin türk psixoloqa 250 min "verməsi" qalmaqal yaratdı
Tarix: 07-07-2019 00:18 | Bölmə: Sosial
Azərbaycanlı biznesmenin türk psixoloqa 250 min "verməsi" qalmaqal yaratdı


Türkiyənin tanınmış psixoloqu Mert Koçak haqda yayılan məlumat sosial mediada səs-küyə səbəb olub.
Axşam.az xəbər verir ki, maqazin səhifələrin biri Koçakın bir aylıq seans qarşılığında azərbaycanlı biznesmendən 250 min lirə (təxminən, 75 min 500 manat) pul aldığını yazıb. Üstəlik, qeyd edilib ki, psixoloq aldığı pul vəsaitini kimsəsiz uşaqlar və heyvanlara xərcləyəcək.
Lakin bu informasiya izləyiciləri özündən çıxarıb. Paylaşıma reaksiya verənlər arasında azərbaycanlılar da olub. Onlar “Bir azərbaycanlı heç vaxt psixoloqa bu qədər pul verməz”, “Azərbaycanda kimsə bu qədər pul versə, psixologiyası pozular” deyə, rəylər yazıblar.




Baxış sayı: 501


Bölməyə aid digər xəbərlər