Bütün xəbərlər
Hindistan nümayəndə heyəti Sumqayıtda olub
Tarix: 04-07-2019 01:42 | Bölmə: Sosial



Hindistanın Azərbaycandakı səfirliyinin bir qrup əməkdaşı, Hindistan İxrac Təşkilatları Federasiyasının və Ticarət və Sənaye Palatasının ölkəmizdə səfərdə olan işgüzar nümayəndə heyəti Sumqayıt şəhərində olub.
Nümayəndə heyəti ilə Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində görüş keçirilib.
Görüş zamanı qonaqlara şəhərin tarixi, sosial-iqtisadi inkişafı, son vaxtlar həyata keçirilən layihələr barədə qonaqlara ətraflı məlumat verilib.
Şəhərin sosial-iqtisadi inkişafı, sənaye potensialı, investisiya imkanları ilə bağlı qonaqları maraqlandıran suallar cavablandırılıb, əməkdaşlıq imkanları ilə bağlı fikir mübadiləsi aparılıb.



www.sumqayitxeber.com


Baxış sayı: 619


Bölməyə aid digər xəbərlər