22:59 / 15-04-2024
Məsciddə yanğın törədib
Bütün xəbərlər
Sumqayıtda xatirə turnirinə yekun vuruldu
Tarix: 01-07-2019 16:21 | Bölmə: Sosial

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə 28-30 iyun   2019-cu il tarixlərində Sumqayıt Olimpiya İdman Kompleksində “Azərbaycan Respublikasının Əməkdar bədən tərbiyəsi və idman xadimi”, “SSRİ-nin Əməkdar Məşqçisi” Vaqif Məmməd oğlu Əliyevin xatirəsinə həsr edilmiş 2004-2005-ci il təvəllüdlü yeniyetmələr arasında yunan-roma güləşi üzrə IV ənənəvi Respublika turniri keçirilmişdir.
Tədbirin açılış mərasimində çıxış edən şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov ölkəmizdə idmanın sürətli inkişafından danışaraq əldə olunmuş bütün nəaliyyyətlərin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu sahəyə olan diqqət və qayğısının nəticəsi olduğunu qeyd etmiş ölkədə aparılan məqsədyönlü işlərin, uğurlu idman siyasətinin nəticəsində Azərbaycanın bütün bölgələrində möhtəşəm İdman Sarayları və Olimpiya Komplekslərinin tikildiyini, ölkəmizin hərtərəfli və dinamik inkişafı, ictimai-siyasi sabitlik, mühüm beynəlxalq tədbirlərin keçirilməsində əldə olunan geniş təcrübə, müasir idman infrastrukturunun yaradılması, idmançılarımızın beynəlxalq yarışlarda əldə etdiyi uğurlar, barədə geniş məlumat vermişdir. Daha sonra çıxış edən Gənclər və İdman Nazirliyinin əməkdaşı Tofiq Eyvazov, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərov  V.Əliyevin yunan-roma güləşi idman növünün şəhərdə təbliği, inkişafı və coğrafiyasının genişləndirilməsində xidmətlərindən danışmış, Dünya və Avropa yarışlarında yüksək nəticələr əldə etmiş onlarla idmançının üzə çıxarılmasında və yetişdirilməsində müstəsna əməyi olduğunu qeyd etmişlər.
V.Əliyevin oğlu Məmməd Əliyev atasının xatirəsinə həsr edilmiş turnirin təşkili və keçirilməsinə yaxından köməkliyə görə yarış təşkilatçılarına və yarışa qatılmış komandalara ailə üzvləri adından dərin minnətdarlığını bildirmişdir.
Turnirdə Sumqayıt, Bakı, Gəncə, Abşeron, Mingəçevir, Sabirabad, Qubadlı, Qusar, Quba, Zəngilan, Beyləqan, Goranboy, şəhər və rayonlarının ümumilikdə 200 idmançısı qalib adı uğrunda mübarizə aparmışdır.  
Gərgin idman mübarizəsi şəraitində keçən turnirdə Əli Seyidəlili (38 kq. Sumqayıt-Təhsil), Elvin İbadov (41 kq. Sumqayıt-Təhsil), Eşqin Rəsulov (44 kq. Zəngilan), Rəvan Nuriyev (48 kq. Sumqayıt-Təhsil), Nicat Mirzəyev (52 kq. Sumqayıt-Təhsil), Cavidan İsgəndərli (57 kq. Sumqayıt-Təhsil), Nihat Rzayev (62 kq. Cəngi İ.K), İsi Şirinli (68 kq. Sumqayıt-Təhsil), Enrik Talıbov (75 kq. Qusar) və Kənan Hüseynov (85 kq. Sumqayıt-Təhsil) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxmışlar.
Turnirin qalib və mükafatçıları Baş İdarə tərəfindən fəxri fərman, medal və hədiyyələrlə təltif olunmuşdur.
Sabaha-inamla.Az











Baxış sayı: 618


Bölməyə aid digər xəbərlər