Bütün xəbərlər
“Bura Vətəndir” devizli gənc həvəskar fotoqrafların yay düşərgəsi çərçivəsində təlimlər davam edir
Tarix: 29-06-2019 00:54 | Bölmə: Sosial

27 iyun 2019-cu il tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, İDEA İctimai Birliyinin tərəfdaşlığı, “Gənclərin Töhfəsi” İctimai Birliyinin təşkilatçılığı ilə “Bura Vətəndir” devizli gənc həvəskar fotoqrafların yay düşərgəsinin 2-ci günü tanınmış fotoqraf Vahid Həsənovun iştirakı ilə gənclərə fotoqraflıq sənətinin incəlikləri barədə nəzəri və praktiki məlumatlar verildi. Düşərgə çərçivəsində növbəti təlim sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynovanın iştirakı ilə baş tutdu. Məhsəti Hüseynova gənclərə sağlam və düzgün qidalanma, yuxu rejimi, geni dəyşdirilmiş orqanizmlər və qatqı maddələri barədə məlumatlandırdı. Daha sonra düşərgə iştirakçılarına “Gənclərin Töhfəsi” İctimai Birliyinin sədri Asim Vəliyevin iştirakı ilə layihə yazılışı, komanda işinin təşkili mövzularında praktik məlumatlar verildi. Gün sonu düşərgə iştirakçıları foto dərslərdə öyrəndikləri bilikləri tətbiq etmək üçün Göygölə və Maralgölə ekskursiya etdilər. Məlumat üçün bildiririk ki, düşərgə 30 iyun tarixinədək davam edəcəkdir. Layihə çərçivəsində tematik ekskursiyalar və idman oyunları təşkil ediləcəkdir. Əsasən gənclərin proseslərə fəal cəlb edilməsi üçün qeyri-fəal təlim metodlarından istifadə olunacaq. İştirakçılar düşərgə daxili çempionatlarda iştirak edəcək, musiqi gecələri, görüşlər keçiriləcək. Layihə iştirakçıları aralarında müxtəlif interaktiv oyunlar təşkil olunacaq. Bu oyunlarda mövzular Azərbaycan mədəniyyətinə, tarixinə həsr ediləcəkdir. Yarış qalibləri və fəalları sonda mükafatlandırılacaq.
Kamran Orucov
Sabaha-inamla.Az








Baxış sayı: 1 302


Bölməyə aid digər xəbərlər