Bütün xəbərlər
Bakıda 57 yaşlı ana böyrəyini oğlunа bağışladı
Tarix: 25-06-2019 11:34 | Bölmə: Sosial


25 yaşlı xəstə uşaqlıqdan xroniki böyrək çatışmazlığından əziyyət çəkib və müntəzəm olaraq hemodializ seansları qəbul edib. Donoru böyrəyi tibbi göstərişlərə görə marginal hesab edilən anası olub.
Modern.az xəbər verir ki, uğurlu böyrəkköçürmə əməliyyatı Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) “Böyrək xəstəlikləri və transplantologiya” şöbəsində urologiya və transplantologiya sahəsində yüksəkixtisaslı, peşəkar cərrah kimi tanınan Rəşad Şolanın rəhbərliyi ilə həyata keçirilib.
"Əməliyyat riskli idi. Biz komandamızla işi üzərimizə götürdük. Xoşbəxtlikdən köçürülmüş böyrək xəstənin orqanizmi tərəfindən qəbul edildi və normal fəaliyyətə başladı. Resipiyent və donorun sağlamlıq vəziyyəti hazırda yaxşıdır" - deyə şöbə müdiri, cərrah-uroloq, transplantoloq, t.ü.f.d. Rəşad Şolan qeyd edib.


Baxış sayı: 542


Bölməyə aid digər xəbərlər