Bütün xəbərlər
Sumqayıtda ilk “İnteraktiv bilik yarışı” keçirildi
Tarix: 21-06-2019 21:31 | Bölmə: Sosial


Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi və Sumqayıt “ASAN xidmət” mərkəzininbirgə təşkilatçılığı ilə 21 iyun 2019-cu il tarixində Heydər Əliyev Mərkəzində Sumqayıt şəhərinin 70 illik yubileyinə həsr olunmuş “İnteraktiv bilik yarışı” keçirilmişdir.          
Tədbirigiriş sözü ilə açan Baş İdarənin rəisiElgün Hümbətov iştirakçı komandaları salamlamış, ölkə və şəhər rəhbərliyinin gənc nəslə  göstərilən qayğısından və respublikada dövlət gənclər siyasətinin uğurlu inkişafından, Sumqayıtda aparılan yenidənqurma və abadlıq işlərindən danışaraqqeyd etmişdirki, şəhərimizin 70 illik yubileyi ilə əlaqədar hazırlanmış Tədbirlər Planı uğurla icra edilir. Bildirildi ki, yarışın məqsədi“Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramından irəli gələn vəzifələri icra etmək, gənclərin intellektual səviyyəsini və dünyagörüşünü genişləndirmək, zehni inkişafını stimullaşdırmaqlayanaşı, asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etməkdir.
         Sumqayıt “ASAN xidmət” mərkəzinin direktoru Kəmalə Rəhimova çıxışında gənclərin ictimai fəallığının artırılması və könüllülük fəaliyyətinə cəlb olunması  sahəsində görülən işlərdən, Sumqayıtda könüllülük fəlsəfəsinin inkişafından danışmış və bildirmişdir ki, şəhərimiz respublika könüllülük hərəkatına öz töhfəsini verir.
Yarışda şəhərin müxtəlif sahələrini təmsil edən 17-29 yaş arası gənclərdən ibarət 8 komanda olmaqla, ümumilikdə 40 iştirakçı öz bilik və bacarıqlarını sınamışdır.Gərgin və maraqlı şəraitdə keçən bilik yarışının sonunda I yerə Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər Bölməsinin “Qızıl Aypara” komandası, II yerə Sumqayıt “ASAN xidmət” mərkəzinin “Mübariz” komandası, III yerə Sumqayıt Gənclər Klubunun “Zirvə” komandası layiq görülmüşdür. Qaliblərə Baş İdarənin kubok, medal, fəxri fərman və hədiyyələri təqdim edilmişdir.
         Sonda yarış iştirakçıları ilə xatirə şəkli çəkilmişdir.
Sabaha-inamla.Az





Baxış sayı: 589


Bölməyə aid digər xəbərlər