Bütün xəbərlər
Qabaqcıl pedaqoqun ömūr yolundan səhifələr
Tarix: 17-01-2018 00:14 | Bölmə: Sosial
Pedaqoq həyatı şam ömrūnū xatırladır.Bu ömūr nə qədər şərəflidirsə, bir o qədər məsuliyyətli və zəhmətlidir.Əsil fədai həyatı yaşayan mūəllimlərimizin mənalı ömūr salnamələri maraqlı bir kitabı xatırladır.Hər səhifəsi neçə-neçə dəyərl hadisələrlə,yadda qalan tarixlərlə, izlərlə doludur.
Oxucularımıza haqqında söhbət açmaq istədiyimiz Mehriban  Hūseynova nūmunəvi pedaqji fəaliyyəti və ləyaqətli ömūr yolu ilə çoxlarına örnək olan mūəllimlərdən biridir.O ,1967 ci il yanvar ayının 17- də Ucar rayonunda anadan olub.Aģlı kəsəndən valideyinlərinin xeyirxah əməlləri,təmiz ad-sanları,ailə mədəniyyətləri onun da qanına,canına hopub.Böyūdūyū,pərvazlandığı ailə ocağından,valideynlərindən  yūksəkmənəvi keyfiyyətləri görūb- götūrüb.
1987 ci ildən pedaqoji fəaliyyətə başlayan Mehriban xanım hal- hazırda  Nizami rayon 12 nömrəli tam orta məktəbin qabaqcıl ibtidai sinif mūəllimlərindəndir.Mehriban xanım işlədiyi məktəbdə ibtidai siniflər ūzrə metodbirləşmə sədridir.2004 cū ildə keçirilən "ILIN MŪƏLLIMI"mūsabiqəsində birinci yerə layiq görūlüb.Məktəb Həmkarlar təşkilatının və Yeni Azərbaycan Partiyasının ūzvūdūr.
Ömrünü başdan - başa şagirdlərinin təlim-tərbiyəsinə, onların düzgün həyat mövqeyinin formalaşmasına və layiqli vətandaş kimi yetişməsinə sərf edən pedaqoq artıq 30 ildən çoxdur ki, öz sevimli peşəsində çalışır. Hazırda 4e sinfində dərs deyir. Sinifdə şagirdlərin çoxu əlaçıdır. Mehriban Hüseynova  şagirdlərinin hər tərəfli yetişməsi üçün əlindən gələni əsirgəmir. Keçdiyi dərslərin daim səmərəli olmasına çalışır. Uşaqların layiqli vətandaş kimi yetişmələri üçün mövcud imkanlardan istifadə edir. İl ərzində sinifdə müxtəlif tədbirlərin hazırlanması və keçirilməsi şagirdlərinin böyük marağına səbəb olur. Məsələn Azərbaycan Bayrağı Günü, Ulu Öndər Heydər Əliyevin anım günü, Novruz şənliyi və s. tədbirlər məhz bu qəbildəndir. Mehriban Hüseynova təcrübəli, qabaqcıl pedaqoq olmaqla yanaşı həmdə tərifə ehtiyacı olmayan dəyərli bir xanımdır, anadır, nənədir. 2017 - ci ilin ortalarında anasını itirən Mehriban xanım deyir ki, insan nə qədər yaşa dolsa da yenə valideynlərinin həsrətini çəkir, hər yaşda anaya ehtiyac duyur və təsəllini öz övladlarında, nəvələrində tapır.
Onu qeyd etmək istərdik ki, Mehriban xanım həm gözəl iki övlad və 4 nəvə sahibidir. Yuxarda qeyd etdiyimiz kimi Mehriban xanım yanvarın 17-si dünyaya göz açıb. Bu günlərdə onun ad günü ərəfəsidir. Bu münasibətlə bizdə onu Təbrik edirik, arzu edirik ki  yorulmaq nədi bilməsin,  qarşıdan gələn illəri daim xoş ovqatla yaşasın, həyatının sevinc-müjdəli günləri çox olsun!
Sabaha-inamla.Az




Baxış sayı: 964


Bölməyə aid digər xəbərlər