Bütün xəbərlər
Xırdalanda " Son zəng " çalındı
Tarix: 15-06-2019 09:44 | Bölmə: Sosial

İyunun 14-də Azərbaycanda 2018-2019-cu dərs ili başa çatdı və bütün ümumi təhsil müəssisələrində " Son zəng " çalındı . O cümlədən də Xırdalan şəhər 8 nömrəli tam orta məktəbdə.
Məktəb daxilində keçirilən möhtəşəm və unudulmaz "Son zəng" tədbirində məktəb rəhbərliyi Xatirə xanım Şabanova , Abşeron Rayon İcra Hakimiyyəti Başçısının səlahiyyətli nümayəndəsi Şəmsi Əliyev , məktəb kollektivi , valideynlər və şagirdlər iştirak ediblər. Tədbiri giriş sözü ilə açan məktəb direktoru Xatirə Şabanova bütün müəllim və valideynləri bu unudulmaz gün münasibətilə təbrik edib , onlara ən xoş arzularını çatdırdı . Daha sonra Abşeron RİHB-nın səlahiyyətli nümayəndəsi Şəmsi Əliyev də öz növbəsində bütün "Məzunları" və "Birinciləri" bu xoş gün münasibətilə təbrik edib , onlara yeni həyat yollarında uğurlar arzuladı.
Sabaha-inamla.Az






Baxış sayı: 818


Bölməyə aid digər xəbərlər