Bütün xəbərlər
Sumqayıt şəhər sakinlərinin diqqətinə! – ÖDƏNİŞSİZ HÜQUQİ YARDIM
Tarix: 11-06-2019 09:06 | Bölmə: Sosial



Məlum olduğu kimi, “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslər üçün pulsuz hüquqi xidmətlər göstərilməsinin təşkil edilməsi tövsiyə edilmişdir.
Qeyd olunan tövsiyənin icrası ilə əlaqədar olaraq, Azərbaycan vəkilliyinin 100 illiyi və 15 iyun Milli Qurtuluş günü münasibətilə 15 iyun 2019-cu il tarixdə Sumqayıt Regional Vəkil Bürosunda fəaliyyət göstərən vəkillər tərəfindən şəhər sakinlərinə və Sumqayıtda məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinə ərizə və şikayətlərin yazılması da daxil olmaqla ödənişsiz hüquqi yardım göstəriləcək.
Ödənişsiz hüquqi yardımdan bəhrələnmək üçün öncədən qeydiyyata alınmanız və sizin üçün təyin olunmuş vaxtda şəxsiyyətinizi təsdiq edən sənədlə ofisimizə gəlməyiniz xahiş olunur.
Qeydiyyat üçün laqə vasitələri:
Telefon: (018) 656 22 11
E-mail: [email protected]
Ünvanımız: Sumqayıt şəhəri, 9-cu mikrorayon, Zülfü Hacıyev küçəsi 71 (Poçt şöbəsinin yanı)


Baxış sayı: 649


Bölməyə aid digər xəbərlər