Bütün xəbərlər
Qaz verilişində ayrı-seçkilik olur – Qənirə Paşayeva
Tarix: 31-05-2019 14:04 | Bölmə: Sosial
                  

“Kəndlərə qaz çəkilən zaman fərqli yanaşma müşahidə olunur”. Modern.az xəbər verir ki, bunu bu gün Milli Məclisin iclasında " deputat Qənirə Paşayeva deyib.
 Xanım deputat bildirib ki, sovet dövründə qaz xətləri çəkilmiş insanların evlərinə qaz verilir, qaz sayğacı qoyulur:
 “Ancaq 10-15 il əvvəl tikilən evlərə qaz verilmir, deyirlər ki, bunun üçün həmin sakinlər özləri evlərinə qaz xətləri çəkməlidir. Belə ayrı-seçkilik etmək olmaz. Tovuz rayonunda kəndlərdə belə problemlər var”.
 Deputat nəzərə çatdırıb ki, Tovuzda iki mədəniyyət evinin tikintisi yarımçıq qalıb:
 “Bu mədəniyyət obyektlərinin tikintisinin başa çatdırılmasına diqqət yetirmək lazımdır. Əks halda, yarımçıq tikililər də dağılacaq”.  


Baxış sayı: 491


Bölməyə aid digər xəbərlər