Bütün xəbərlər
“Bacarıqlı Əllər Dünyası “ İ.B-nin “Vətən naxışları“ adl layihəsi
Tarix: 28-05-2019 12:05 | Bölmə: Sosial
Layihə Ağdam rayonu 33 saylı köçkün tam orta məktəbdə şəhid Mətləb Mövsüm oğlu Abbasovun xatirəsinə həsr edilib


“Bacarıqlı Əllər Dünyası “ İ.B-nin “Vətən naxışları“ adl layihəsi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra olunur. Layihə Bakının Qaradağ rayonu Yeni Müşfiq qəsəbəsində yerləşən Ağdam rayonu 33 saylı köçkün tam orta məktəbdə şəhid Mətləb Mövsüm oğlu Abbasovun xatirəsinə həsr edilib və reallaşdırıldığı müddətdə məktəbin şagirdlərinə milli dəyərlərimiz olan xalq sənəti nümunələri haqqında geniş məlumat veriləcək, onlara əl işləri öyrədiləcək. Xalqımıza xas dekorativ tətbiqi sənət növü qobelenlə (xovsuz xalça texnologiyası ilə işlənir) bağlı əyani, eyni zamanda praktik dərs və məşğələlər tanınmış qobelen ustası, Azərbaycan Dövlət Rəssamlar İttifaqının üzvü Adil Şıxəliyev tərəfindən aparılacaq. Öyrədilmə prosesi haqqında hazırlanacaq video materialda yerli sakinlərin mövzu ulə bağlı fikir və düşüncələri də öz əksini tapacaq. Qarabağ xovsuz xalça sənətinin qədim ənənələrinin yaşadılması, gələcək nəsillərə ötürülməsinin vacibliyi süjetin ana xəttini təşkil edəcək. Layihənin əsas məqsədi vətən uğrunda canından keçən vətən oğullarının xatirəsini əziz tutmaq, onların yolunda şəhid olduqları yurd yerlərimizin ətrini, tarixi keçmişini, insanlarının düşüncə tərzini və məişət mədəniyyətini ilmələrində qoruyub saxlayan xalq sənətini böyüməkdə olan nəslə daha yaxından tanıtmaq və sevdirməkdir. Hazırlanacaq video material YouTube kanalında yerləşdiriləcək.
Günel Məmmədli
Sabaha-inamla.Az





Baxış sayı: 661


Bölməyə aid digər xəbərlər