Bütün xəbərlər
Sumqayıtda “İnsan Hüquqları aylığı” çərçivəsində görüşlərə başlanıldı
Tarix: 24-05-2019 17:54 | Bölmə: Sosial

Sumqayıt şəhər İcra Hakimiyyətinin təşəbbüsü,Gənclər və İdman Baş İdarəsinintəşkilatçılığı ilə 23-24 may 2019-cu il tarixlərində Sumqayıt Dövlət Texniki Kollecinin və Ə.Əliyev adına Tibb Kollecinin akt zalında müəllim və tələbə heyyətinin iştirakı ilə 18 may – 18 iyun “İnsan Hüquqları Aylığı” çərçivəsində seminarlar keçirilmişdir.
İlk olaraq iştirakçılara insan hüquq və azadlıqları haqqında videoçarx nümayiş olunmuşdur.
Baş İdarənin Gənclərlə iş sektorunun müdiri Ceyhun Hüseynov tədbirdəçıxış edərəkşəhərin ayrı-ayrı idarə, müəssisə və təşkilatlarında, ali və orta – ixtissas təhsil müəassisələrində, keçirilən maarifləndirici xarakterli görüşlərin məqsədindən, 18 – İyun “Azərbaycanda Milli İnsan Hüquqları” gününün əhəmiyyətindən danışmış, Ulu Öndər Heydər Əliyev tərəfindən 1998-ci il iyunun 18-də “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nın təsdiq olunması və məhz bu tarixin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17 iyun 2007-ci il tarixli sərəncamı ilə Azərbaycanda “Milli İnsan Hüquqları günü” elan olunduğunu bildirmişdir.
Digər çıxış edənlər Tibb Kollecinin tədris-tərbiyə işləri üzrə direktor müavini Ulduzə Quliyeva, Texniki Kollecin müdir müavini Əsəd Qurbanov «Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı»nın icrasının uğurla təmin edilməsindən, beynəlxalq hüquq normalarından, Respublikada həyata keçirilən hüquqi dövlət quruculuğu siyasətindən danışmışlar
Təlimçi Mansurov Əhmədov və 31 nömrəli tam orta məktəbin tarix müəllimi Raqif Şirinov tərəfindən davam edən seminarlarda gənclərə insan hüquq və azadlıqları, mülkiyyət hüququ, erkən nigah, təhsil, seçki hüququ,ailə institutundan və hüquqların qorunması istiqamətində ətraflı məlumatlarverilmiş, auditoriya ilə fikir mübadiləsi təşkil edilmişdir.
Sonda iştirakçılara Baş İdarə tərəfindən hazırlanmış insan hüquq və azadlıqları haqqında ilkin məlumatları özündə əks etdirən bukletlər paylanılmışdır.
Günel Məmmədli
Sabaha-inamla.Az








Baxış sayı: 684


Bölməyə aid digər xəbərlər